Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 23 % artıb
Bu il iyulun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 13 milyard 767,9 milyon ABŞ dolları təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" quruma istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 4,6 % çoxdur.
AMB-nin valyuta ehtiyatları ötən ilin sonuna nisbətən 19,6 %, son 1 ildə isə 23 % artıb.








