Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri keçirilib -

Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri keçirilib - FOTO

29 İyun 2026

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunun dinləyiciləri ilə nümayiş məşğələləri keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq dinləyicilərlə atəş, kəşfiyyat, mühəndis, artilleriya hazırlığı, döyüş maşınlarının sürülməsi, eləcə də digər ixtisas fənləri üzrə məşğələlər təşkil olunub.

Məşğələlərin əsas məqsədi şəxsi heyətin nəzəri və praktiki bacarıqlarının, eləcə də fiziki və psixoloji dözümlülüyünün artırılmasıdır.