Azərbaycanda elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək

Azərbaycanda elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək

09 Aprel 2026

2026-cı ildə Azərbaycanda qeyri-məişət kateqoriyası üzrə paylayıcı elektrik şəbəkəsinə qoşulmaq istəyənlər üçün elektron müraciət kanalı tətbiq ediləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, iyunda bununla bağlı normativ hüquqi baza təkmilləşdiriləcək.

Belə ki, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi “Azərişıq” ASC ilə birlikdə 2026-cı il iyunun 1-dək qeyri-məişət kateqoriyası üzrə paylayıcı elektrik şəbəkəsinə qoşulma məqsədilə müraciət edənlər üçün yalnız elektron müraciət kanalının tətbiqi ilə bağlı normativ hüquqi bazanın gücləndirilməsi barədə təklifləri hazırlayıb və aidiyyəti üzrə təqdim etməlidir.