Azərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il sentyabrın 30-na Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 31-i ilə müqayisədə 2,4 % çoxdur.
Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb.








