Suqovuşan KSES-lərində 5 ildə 62 milyon kVt/saata yaxın elektrik enerjisi istehsal edilib
Suqovuşan kiçik su elektrik stansiyalarında (KSES) 5 ildə 61,6 milyon kVt/st elektrik enerjisi istehsal edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, 5 il öncə oktyabrın 3-də Tərtər çayı üzərində derivasiya tipli, ümumi gücü 4,8 MVt olan "Suqovuşan-1" və ümumi gücü 3 MVt olan "Suqovuşan-2" kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Həmin dövrdən bu ilin oktyabr ayınadək "Suqovuşan-1" KSES-də 34,2 milyon kVt/st, "Suqovuşan-2" KSES-də isə 27,4 milyon kVt/st elektrik enerjisi istehsal edilib.
"İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin yaradılması "yaşıl enerji" sahəsinin inkişafına, ətraf mühitin qorunmasına və təmiz şəhər mühitinin formalaşmasına töhfə verir", - Energetika Nazirliyi qeyd edir.








