"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

"Sarıqışlaq" KSES-də 2 ildə 46 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

03 Oktyabr 2026

Zəngilan rayonu ərazisində Oxçuçayın üzərində yerləşən "Sarıqışlaq" kiçik su elektrik stansiyasında (KSES) istismara verildiyi tarixdən bu ilin oktyabr ayınadək 46,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, 2024-cü il oktyabrın 3-də Oxçuçayın üzərində derivasiya tipli, ümumi gücü 10,5 MVt olan "Sarıqışlaq" KSES-in açılışı olub.

"Kiçik su elektrik stansiyaları elektrik enerjisinin bərpaolunan enerji mənbələri hesabına istehsalına, enerji mənbələrinin şaxələndirilməsinə və enerji istehsalının ətraf mühitə təsirinin azaldılmasına töhfə verir", - Energetika Nazirliyi qeyd edir.