Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib

Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib

03 Oktyabr 2026

Gürcüstanda son günlərdə 84 xarici vətəndaş ölkədən deportasiya edilib. Onların arasında Azərbaycan vətəndaşları da var.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə birgə həyata keçirdikləri tədbirlər nəticəsində Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tayland, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin və digər ölkələrin ümumilikdə 84 vətəndaşını Gürcüstandan çıxarıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

DİN-in məlumatına görə, 2026-cı ilin əvvəlindən Gürcüstanda 3 000-dən çox xarici vətəndaş deportasiya edilib.