Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib

15 Sentyabr 2026

Türkiyənin Azəbaycandakı səfiri Birol Akgün Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyənin Azəbaycandakı səfirliyi "X" hesabında paylaşım edib.

Bildirilib ki, ziyarətdə Türkiyə səfirliyinin əməkdaşları, hərbi attaşelik, müşavirlər, aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.

Birol Akgün mərasim çərçivəsində Türk şəhidliyinin önünə əklil qoyub, şəhid məzarlarına qərənfillər düzüb və xatirə kitabına ürək sözlərini yazıb.