Bitkoinin qiyməti aşağı düşdü

Bitkoinin qiyməti aşağı düşdü

06 İyun 2026

Bitkoinin məzənnəsi 2024-cü il oktyabrın 10-dan bəri ilk dəfə 60 min dollardan aşağı enib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu "Binance" birjasının məlumatları göstərir.

Dünən Bakı vaxtı ilə saat 20:11-ə olan məlumata görə, bitkoin 6.1% ucuzlaşaraq 59 889 dollar səviyyəsində satılıb.

Saat 20:16-da isə kriptovalyutanın qiyməti 60 942 dollar olub ki, bu da 4.4%-lik azalma deməkdir.

Eyni vaxtda "Ethereum" də dəyər itirib. Kriptovalyuta 10.41% ucuzlaşaraq 1 598.31 dollara qədər geriləyib.