Bu gün İran ərazisindən daha 13 nəfər təxliyə olunub

Bu gün İran ərazisindən daha 13 nəfər təxliyə olunub

12 Mart 2026

Bu gün Azərbaycan vasitəsilə İran ərazisindən saat 12.00-dan 21.00-dək 1 Özbəkistan vətəndaşı təxliyə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, həmin müddətdə təxliyə olunanlar arasında 3 Azərbaycan, 2 Pakistan vətəndaşı da olub.

Bundan əlavə, gün ərzində Yunanıstanın İrandakı səfirliyinin 7 əməkdaşının da "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyəsi baş tutub.