Kazım Hüseynəliyev Şahbuz rayonunda vətəndaşları qəbul edib -

Kazım Hüseynəliyev Şahbuz rayonunda vətəndaşları qəbul edib - FOTO

12 Mart 2026

Martın 12-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Şahbuz rayonunda vətəndaş qəbulu keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, torpaq və əmlak məsələləri, dövlət maliyyə dəstəyinin göstərilməsi və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qaldırılan məsələlər üzrə vətəndaşlara müvafiq izahlar verilib, nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə baxılması üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.