Füzulidə mülkü şəxs minaya düşərək həlak olub
Füzulidə mülkü şəxs minaya düşərək həlak olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə Füzuli rayon Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla mal otararkən texnika əleyhinə minaya düşüb. Nəticədə R. Hacıyev hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma başlanıb.








