Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq

Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq

12 Mart 2026

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi humanitar yardımı İrana Azərbaycan vasitəsilə çatdıracaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.

"Azərbaycana dərman preparatlarının çatdırılması nazirlik tərəfindən həyata keçiriləcək. Daha sonra isə onlar İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. Rusiya FHN-in "İl-76" təyyarəsi ümumi çəkisi 13 tondan çox olan humanitar yükü çatdıracaq", - məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.