Bütün siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək
Tədris dilindən asılı olmayaraq, bütün məktəblərdə "Azərbaycan tarixi" fənninin 6-cı sinifdən etibarən Azərbaycan dilində tədris edilməsi istiqamətində iş aparılır.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışında deyib.
Nazir, həmçinin "Azərbaycan dili "fənninin də saatının artırılması istiqamətində iş aparıldığını qeyd edib.








