Dağlıq ərazilərdə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 6-da ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq.
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.








