Əli Əsədov: Azərbaycan süni intellekt strategiyasını hazırlayır

Əli Əsədov: Azərbaycan süni intellekt strategiyasını hazırlayır

31 Yanvar 2025

Hazırda Azərbaycanda süni intellekt strategiyası hazırlanır və bu texnologiyanın tətbiqi nəticəsində səmərəliliyin əhəmiyyətli dərəcədə arta biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün “Digital Almaty” beynəlxalq rəqəmsal forumunun plenar iclasında çıxışı zamanı bildirib.