Rəşad Məmmədov Tamerlan Tağıyevi qəbul edib

Rəşad Məmmədov Tamerlan Tağıyevi qəbul edib

31 Yanvar 2025

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov respublikamızın bu ölkədəki ticarət təmsilçisi Tamerlan Tağıyevi qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə səfir “X” hesabında yazıb.

O bildirib ki, görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud durumu müzakirə olunub.

Söhbət zamanı həmçinin yeni fürsətlər və əməkdaşlığın artırılmasına dair fikir mübadiləsi aparılıb.