Əmək qanunvericiliyinin pozulması hansı hallarda inzibati məsuliyyətə səbəb olur? -

Əmək qanunvericiliyinin pozulması hansı hallarda inzibati məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ

29 İyul 2025

Sual: Əmək qanunvericiliyinin pozulması hansı hallarda inzibati məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.  

Sualı cavablandırdı: Şərur rayon prokurorunun böyük köməkçisi I dərəcəli hüuquşünas - Elvin Qulusoylu