Müstəntiq hansı halda axtarış apara bilər? -

Müstəntiq hansı halda axtarış apara bilər? - HÜQUQ MƏSLƏHƏTİ

30 İyul 2025

Sual: Müstəntiq hansı halda axtarış apara bilər?  

Cavab: Əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. 

Sualı cavablandırdı: Kəngərli rayon prokurorluğunun müstəntiqi  I dərəcəli hüquqşünas - Səbuhi Abdullayev