Emin Əmrullayev: Təhsilalanın Azərbaycan dilini mükəmməl bilməsi vacibdir

Emin Əmrullayev: Təhsilalanın Azərbaycan dilini mükəmməl bilməsi vacibdir

08 Dekabr 2025

Tədrisin hansı dildə aparılmasından asılı olamayaraq, təhsilalanın Azərbaycan dilini mükəmməl bilməsi əsas məsələdir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışında deyib.

"Aydındır ki, ölkəmizdə Azərbaycan dili ilə yanaşı, digər dillərdə də tədris aparılır. Tədrisin hansı dildə aparılmasından asılı olmayaraq, təhsilalanın Azərbaycan dilini mükəmməl bilməsi əsas məsələdir", - o qeyd edib.

Nazir əlavə edib ki, bu istiqamətdə müxtəlif planlar var: "Əsas məsələ Azərbaycan dilinin tədris saatının artırılması olacaq".