
Fiziki qüsurlu və ya xəstə şahidin dindirilməsi necə həyata keçirilir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən əziyyət çəkən şahidin dindirilməsi hansı formada həyata keçirilir?
Cavab: Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan şahidin dindirilməsi onun işarələrini başa düşən və ya işarə dili vasitəsilə ünsiyyət qura bilən şəxsin iştirakı ilə aparılır. Bu şəxsin iştirakı dindirmə protokolunda qeyd olunur.
Şahidin ruhi və ya digər ağır xəstəlikdən əziyyət çəkməsi halında onun dindirilməsi yalnız həkimin icazəsi və iştirakı ilə həyata keçirilir.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov