Fiziki şəxsə verilmiş xüsusi hüquq hansı halda  məhdudlaşdırıla bilər? -

Fiziki şəxsə verilmiş xüsusi hüquq hansı halda məhdudlaşdırıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ

05 Sentyabr 2025

Sual: İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüquq hansı halda  məhdudlaşdırıla bilər?

Cavab:  Fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır.

İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir.

Əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov