
Qumar oyunlarına şərait yaratmağa görə məsuliyyət... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə qanunvericilikdə hansı növ məsuliyyət nəzərdə tutulmuşdur?
Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisindən qumar oyunlarında iştirak üçün imkanların yaradılması, o cümlədən qumar oyunlarının oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər yeddi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşunas - Şahmar Həşimov