Hüseyn Cavid Məqbərəsi bərpa olunacaq

Hüseyn Cavid Məqbərəsi bərpa olunacaq

12 Noyabr 2025

Naxçıvan şəhərində böyük Azərbaycan şairi, dramaturq Hüseyn Cavidin qəbri üzərində ucaldılmış məqbərə bərpa olunacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məqbərədə bərpa konservasiya işlərinin aparılması üçün layihə smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma elan olunub.