Naxçıvan incəsənət ictimaiyyətinə ağır itki

Naxçıvan incəsənət ictimaiyyətinə ağır itki

14 Noyabr 2025

Naxçıvanın tanınmış heykəltəraşı və rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Cəfərov Elman Məhərrəm oğlu uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 1951-ci il 5 iyul tarixində Naxçıvan şəhərində anadan olan Elman Cəfərov ömrünü Azərbaycan təsviri sənətinin inkişafına həsr etmiş dəyərli sənətkar idi. O, heykəltəraşlıq və rəngkarlıq sahəsində yaratdığı monumental əsərləri, həmçinin pedaqoji fəaliyyəti ilə tanınırdı.

Elman Cəfərovun müəllifi olduğu “Babək”in atlı heykəli, “Dədə Qorqud” heykəlinin ilkin variantı, bir sıra görkəmli şəxsiyyətlərin büst və barelyefləri, eləcə də çoxsaylı rəngkarlıq əsərləri ölkəmizin sənət xəzinəsində mühüm yer tutur.

Sənətkarın xatirəsi onu tanıyanların, tələbələrinin və Azərbaycan incəsənət cəmiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin.