İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib

İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib

18 İyun 2026

Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib:

"Bütün bunlar onu göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çox şaxəlidir. Ölkə genişmiqyaslı enerji təşəbbüslərinin müəllifi və həyata keçiricisi kimi tanınır. Azərbaycan Avrasiya bölgəsində iri enerji infrastruktur layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edib. Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib. Xüsusilə hazırkı dövrdə, enerji təchizatı marşrutlarının təhlükəsizliyinin və dayanıqlılığının böyük əhəmiyyət daşıdığı bir vaxtda bu rol daha da ön plana çıxır. Enerji təhlükəsizliyi bu gün bütün ölkələr üçün ən vacib meyarlardan biridir".