İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

01 İyun 2026

Dəmir yolu və avtomobil yolu infrastrukturuna investisiya qoymaqla nəqliyyat üçün yeni dəhlizlər açırıq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Şərq-Qərb Dəhlizi uğurla fəaliyyət göstərdiyini xatırladan dövlət başçısı qeyd edib:

"Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi avqustun 8-də (2025-ci il – red.) Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə əsasən mütləq inşa ediləcək".