İnsult keçirən Faytonçu Nazimin səhhəti yaxşılaşıb
İnsult keçirən Pişyari (Faytonçu) Nazimin müalicəsi davam etdirilir, səhhəti yaxşılaşır.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müğənninin sənət dostu məlumat verib.
Bildirilib ki, onun reanimasiyadan çıxarılaraq palataya köçürüləcəyi gözlənilir.
Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanvarın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
O, müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub.