İqtisadiyyat nazirinin Ordubad rayonundakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevin dekabrın 19-da Ordubad rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul dekabrın 22-də saat 11:00-dan başlayaraq 4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad şəhər Heydər Əliyev prospekti 80 A ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə - 128) nömrəli telefonu və info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.








