
Malik Rzayev: “Naxçıvanxəbərləri" 10 il ərzində Naxçıvanın aydınlıq media simasına çevrilib
Azərbaycan mətbuatının 150 illik yubileyi ərəfəsində fəaliyyətinin 10 illiyini qeyd edən “Naxçıvanxəbərləri” redaksiyasına təbriklər gəlməkdə davam edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti PHŞ-nin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev kollektivə ünvanladığı təbrik məktubunda portalın ölkə mediası üçün əhəmiyyətindən bəhs edib.
Məktubda qeyd olunur:
“Daima tərəfsiz mövqeyiniz, operativ və dəqiq xəbərləriniz ilə ölkəmizdə fəaliyyət göstərən informasiya portalları içində xüsusilə seçilirsiniz. Medianın gündən-günə inkişaf etdiyi, çoxsaylı xəbər portallarının fəaliyyət göstərdiyi bir zamanda etibarlı informasiya mənbəyi olmaq olduqca vacibdir".
Malik Rzayev vurğulayıb ki, “Naxçıvanxəbərləri” həm muxtar respublikada, həm də ölkə miqyasında ictimai rəyi formalaşdıran, Naxçıvanın və Azərbaycanın tanıdılmasına töhfə verən mühüm media qurumudur:
“10 il ərzində Naxçıvanın aydınlıq media siması olmaqla yanaşı, ictimai rəyin formalaşması və ölkəmizin tanıdılması istiqamətində də mühüm töhfələr vermisiniz".
O, həmçinin idarə ilə portal arasında uzun illər davam edən qarşılıqlı etimad və əməkdaşlığı da yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində redaksiyaya uğurlar arzulayıb.