Məleykə Abbaszadə: İmtahanda dinləmə aparatı ilə bağlı problemin olması normaldır

Məleykə Abbaszadə: İmtahanda dinləmə aparatı ilə bağlı problemin olması normaldır

27 Aprel 2026

Bəzi abituriyentlər dinləmə zamanı səsin zəif eşidildiyini və ya keyfiyyətin yaxşı olmadığını düşünürlər, lakin çox zaman problem texniki deyil, dinləyib-anlama bacarığının kifayət qədər formalaşmaması ilə bağlı olur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə deyib.

O vurğulayıb ki, bəzən imtahanda dinləmə aparatı ilə bağlı problem olduğu deyilir: "Halbuki bu, normal prosesdir. Dinlədikcə, diqqətlə izlədikcə və məzmunu anlamağa çalışdıqca məlumatı qavramaq mümkündür".