Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göygöl rayonunda icra başçısı təyin edilib - SƏRƏNCAM
Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər sənədə əsasən, Vüqar Novruzov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.








