Naxçıvanda istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb
Bu ilin yanvar – oktyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmçinin, 2025-ci ilin 10 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 409,8 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 24,3 faiz çoxdur.








