Gələn il 25 minə yaxın müəllim sertifikasiyaya cəlb ediləcək

Gələn il 25 minə yaxın müəllim sertifikasiyaya cəlb ediləcək

13 Noyabr 2025

Azərbaycanda 600 minə yaxın uşaq üçün məktəbəqədər təhsilə 2,7 milyard manat lazımdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu vəsaitin gələn il üçün qarşılanması isə qeyri-realdır.

E.Əmrullayev eyni zamanda sertifikasiya imtahanlarına da toxunub:

"Gələn il 25 minə yaxın müəllim sertifikasiyaya cəlb ediləcək. Növbəti ildə ümumilikdə müəllimlərin əməkhaqqına əlavə üçün təxminən 213 milyon manat vəsait proqnozlaşdırılıb. İmtahandan keçə bilməyən müəllimlər 2027-ci ildə təkrar sertifikatlaşmaya cəlb olunacaqlar. Biz keyfiyyətli təhsil istəyiriksə, müəllimlərdən daha yüksək standartlar tələb etməliyik. Müəllimlərdən tələbləri azaldıb, təhsillə bağlı gözləntiləri artırmaq düzgün deyil".