Son dörd ildə təhsil krediti üçün 83 mindən çox müraciət olub

Son dörd ildə təhsil krediti üçün 83 mindən çox müraciət olub

10 Noyabr 2025

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən (2021-ci il) bu günə qədər quruma 83 min 672 müraciət daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, həmin müddətdə qeydə alınan müraciətlərdən 67 min 566 müraciət rəsmiləşdirilib.

Rəsmiləşən müraciətlərdən 23 min 467-si sosial, 44 min 99-u isə standart təhsil krediti olub.