Naxçıvan məktəbliləri STEAM Festivalında son 5 ilin rekordunu qırdı -

Naxçıvan məktəbliləri STEAM Festivalında son 5 ilin rekordunu qırdı - FOTO

20 Noyabr 2025

Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) başa çatıb. Yarışda iştirak edən Naxçıvan STEAM Təlim-Tədris Mərkəzinin 10 komandasından 8-i müxtəlif kateqoriyalarda qalib olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dron, CNC lazer kəsim və mühəndislik üzrə 3 komanda I yer, robot qayıq yarışlarında 1 komanda II yer, xətt izləyən robot və robokids kateqoriyaları üzrə 4 komanda isə III yer qazanıb. Bu nəticə Naxçıvan məktəblilərinin son 5 ildə əldə etdiyi ən böyük uğur kimi qeydə alınıb.

Festivalda 22 ölkədən minlərlə iştirakçı mübarizə aparıb, final mərhələsinə 1400-dən çox yarışçı yüksəlib.