Naxçıvan Teatrı uşaqlar üçün tamaşa təqdim edib -

Naxçıvan Teatrı uşaqlar üçün tamaşa təqdim edib - FOTO

05 Yanvar 2025

Naxçıvan Dövlət Milli Dram Teatrı 30 dekabr 2024-cü il, 1 və 2 yanvar tarixlərində balaca tamaşaçılar üçün xüsusi bir hədiyyə təqdim edib. "Cırtdanın Sehirli Yaylığı" adlı uşaq tamaşası teatrın səhnəsində böyük maraqla qarşılanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tamaşa, Azərbaycan xalq nağılı qəhrəmanı olan Cırtdanın evdə sehirli bir yaylıq tapması ilə başlayır. Daha sonra dostları ilə birlikdə kimsəsiz bir adaya düşən Cırtdan, burada onları əsir götürməyə çalışan dəniz quldurlarına qarşı maraqlı və gərgin macəralar yaşayır. Ssenari uşaqlar üçün həm əyləncəli, həm də maarifləndirici məqamlarla zəngin olub.

Bu tamaşa balaca izləyicilərdə Azərbaycan nağıllarına və milli-mənəvi dəyərlərə olan marağı artırmaqla yanaşı, həm də onları mənəvi zənginliyə və dostluq bağlarının güclənməsinə təşviq edir.

Teatr rəhbərliyi, bu cür layihələrlə uşaqların bədii zövqünü formalaşdırmağı və ənənəvi nağıllarımızı yeni nəsillərə tanıtmağı qarşısına məqsəd qoyub. "Cırtdanın Sehirli Yaylığı" tamaşası bu məqsədə xidmət edən ən uğurlu nümunələrdən biri kimi qiymətləndirilir.

Teatr rəhbərliyi və yaradıcı heyət bu maraqlı səhnə əsərinin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edir və gələcəkdə də uşaqlar üçün bu cür unudulmaz əsərlər təqdim etməyi planlaşdırır.