
Naxçıvanda 17 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirildi
İyunun 9-da Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər qida zəhərlənməsi diaqnozu ilə daxil olub. Onlardan 9-u azyaşlı uşaqdır.
"Naxçıvanxəbərləri"-nin verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Nəzmin Allahverdiyeva bildirib.
Həkim qeyd edib ki, xəstələr mərkəzə daxil olarkən onların vəziyyəti əsasən orta-ağır olub, iki nəfərin vəziyyəti isə ağır qiymətləndirilib.
“Aparılan simptomatik yardımlar və dinamik müşahidə nəticəsində xəstələr tam klinik sağalma ilə evə buraxılıb. Onlardan 5 nəfər bir ailənin, 4 nəfər digər bir ailənin, 3 nəfər isə başqa bir ailənin üzvləridir. 3 nəfər isə ayrı-ayrı ailələrə mənsub şəxslərdir”, – deyə həkim-infeksionist qeyd edib.
Nəzmin Allahverdiyevanın sözlərinə görə, mərkəzə müraciət edənlərin sayı 17 nəfər olsa da, zəhərlənmə hallarının sayının daha çox olması ehtimal edilir: “Təcili Tibbi Yardım şöbəsinə daha çox xəstənin müraciət etdiyi barədə məlumatlar var.”
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
Mənsurə Hümbətova