Naxçıvanda Amnistiya aktının icrası davam edir

Naxçıvanda Amnistiya aktının icrası davam edir

15 Aprel 2026

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən amnistiya təşəbbüsü əsasında qəbul olunmuş Amnistiya aktının icrası davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən akt çərçivəsində bu günədək muxtar respublikada yerləşən qarışıq rejimli cəzaçəkmə müəssisəsində 140 nəfərə amnistiya tətbiq olunub.

Onlardan 62 nəfər azadlığa buraxılıb, 78 nəfərin isə cəza müddəti 6 ay azaldılıb.

Bundan əlavə, icra və probasiya sahəsində 165 nəfər Amnistiya aktından yararlanıb. Həmin şəxslərin 11 nəfərini qadınlar təşkil edir.