Naxçıvanda dağlara ilk qar yağıb

Naxçıvanda dağlara ilk qar yağıb

20 Sentyabr 2025

Sentyabrın 20-də muxtar respublika ərazisində əvvəlcədən proqnozlaşdırıldığı kimi qeyri-sabit hava şəraiti müşahidə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan şəhərində yağan yağışın miqdarı 2 mm, Sədərəkdə 17 mm, Şərurda 8 mm, Kəngərlidə 6 mm, Şahbuzda 4 mm, Ordubadda 4 mm, Culfada 3 mm, Parağaçayda (Ordubad) 17 mm, Axurada (Şərur) 12 mm, Küküdə (Şahbuz) 7 mm, Biçənəkdə (Şahbuz) 6 mm təşkil edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin məlumatına görə, Ordubad rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. 3800–3900 metr yüksəklikdə qarın hündürlüyü 15 santimetrə çatıb.

https://www.instagram.com/reel/DO0QhJ2CLNA/?igsh=b3pzdzBuYXUxamZr