Naxçıvanda yağış, şimşək və güclü külək gözlənilir

Naxçıvanda yağış, şimşək və güclü külək gözlənilir

10 Oktyabr 2025

Oktyabrın 12-si axşamdan 13-ü axşamadək Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın intensivləşəcəyi proqnozlaşdırılır. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, gecə saatlarında şimşək çaxacaq, dağlıq və yüksək dağlıq ərazilərdə isə sulu qar ehtimalı var.

Şimal-qərb küləyi üstünlük təşkil edəcək, küləyin sürəti bəzi yerlərdə arabir 15–20 metr/saniyəyədək güclənəcək.

Sinoptiklərin məlumatına əsasən, havanın temperaturu gecə 9–14°, gündüz isə 22–27° isti olacaq.