
Naxçıvanda yüksək dağlıq ərazilərə qar yağır
Naxçıvan Muxtar Respublikasının ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə sentyabrın 21-i saat 12:00-a olan məlumatına görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən, Şahbuz, Culfa və Ordubad rayonun yüksək dağlıq ərazilərinə qar yağır.