Naxçıvanda erkən evliliyin qarşısı alınıb

Naxçıvanda erkən evliliyin qarşısı alınıb

03 İyun 2025

Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə işləri aparılır, erkən nikahın fəsadları və qarşısının alınmasında normativ hüquqi tənzimlənmə barədə ictimaiyyətə ətraflı məlumat verilir. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təəssüf ki, həyata keçirilən tədbirlərə və maarifləndirmə işlərinə baxmayaraq hələ də bəzi valideynlər övladını erkən yaşda evləndirməyə çalışır. 

Sonuncu dəfə 04.05.2000-ci il təvəllüdlü Şahbuz rayon Gömür kənd sakini A.C (ad və soyad şərtidir)tərəfindən 08.08.2008-ci il təvəllüdlü Şahbuz rayonu Gömür kənd sakini yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) qaçırılaraq erkən evliliyə cəhd etmişlər. 

Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq  uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. 

Beləliklə də aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb.

Aidiyyəti dövlət orqanları ilə birlikdə tərəfimizdən həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) ailəsinin yanına qaytarılmışdır.

Hörmətli valideynlər!

Sizləri erkən evliliyin qarşısının alınmasında dövlət qurumları ilə birlikdə uşaq hüquqlarını qorumağa çağırırıq.