
Şərurda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Qəza Naxçıvan-Sədərək magistral yolun Şərur rayonu Püsyan kəndi ərazisindən keçən hissəsində baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 68-BK-601 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 68-BF-164 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub. Qəza zamanı 2 qadın və 1 kişi xəsarət alıb.
Onlar Şərur rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
