Naxçıvanda "Karyera sərgisi 2026" keçirilir -

Naxçıvanda "Karyera sərgisi 2026" keçirilir - FOTO

23 İyun 2026

İyunun 23-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti  və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə "Karyera sərgisi 2026" açılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan şəhərinin "Böyük Bağ" adlı ərazisində təşkil olunan sərgi iki gün davam edəcək.

Sərgidə 40-dan artıq müəssisə və təşkilat iştirak edir. Ziyarətçilər şirkət nümayəndələri ilə görüşmək, CV-lərini təqdim etmək, təcrübə və iş imkanları haqqında birbaşa məlumat almaq imkanı əldə edirlər.

İki gün ərzində sərgiyə 5000-dən çox tələbə və məzun olmaqla, 7000 ziyarətçinin qatılması gözlənilir.