Naxçıvanda kitabxanaların maddi texniki bazası gücləndirilib -

Naxçıvanda kitabxanaların maddi texniki bazası gücləndirilib - FOTO

10 Yanvar 2025

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muxtar respublika əhəmiyyətli M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, həmçinin rayon(şəhər) mədəniyyət idarə və şöbələrinin tabeliyində fəaliyyət göstərən mərkəzləşdirilmiş kitabxana sistemlərinin maddi-texniki bazasının gücləndirilməsi, kitabxana əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, oxuculara müasir standartlara uyğun xidmət göstərilməsi günün tələblərinə uyğunlaşdırılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazirlik tərəfindən adı çəkilən müəssisələrə 8 adda komputer, printer və digər avadanlıqlar təhvil verilib.

Gələcəkdə də Nazirliyə tabe və sisteminə daxil olan müəssisə və təşkilatların maddi-texniki bazasının gücləndirilməsi işləri davam etdiriləcək.