Naxçıvanda ötən sutka ərzində 7 yanğın hadisəsinə çıxış həyata keçirilib -

Naxçıvanda ötən sutka ərzində 7 yanğın hadisəsinə çıxış həyata keçirilib - FOTO

08 Aprel 2025

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 7 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Belə ki, Babək rayon Şəkərabad kəndində yardımçı tikilidə, Şərur rayon Kərimbəyli kəndində ot bağlamalarında, Culfa rayon Bənəniyar kəndində ağaclıq sahədə, Naxçıvan şəhər Tumbul, Kəngərli rayon Böyükdüz kəndlərində quru ot və kol-kos sahələrdə, Kəngərli rayon Qarabağlar kəndində tullantı poliqonunda və Naxçıvan şəhər Əlincə məhəlləsində ağacda yanğın hadisələri baş verib.

Yanğın hadisələri nəticəsində Şəkərabad kəndində fərdi yaşayış evinə bitişik 32 m² sahəsi olan yardımçı tikili içərisindəki əşyalarla birlikdə yanıb, 180 m² sahəsi olan 2 mərtəbəli fərdi yaşayış evi isə içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub. Kərimbəyli kəndində 1620 kq ot bağlaması yanıb, 1980 kq ot bağlaması yanğından mühafizə olunub. Bənəniyar kəndində isə 5000 m² quru otluq sahə yanıb, 100 ağac yanğından mühafizə edilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.