
Naxçıvanda 39 yaşlı kişi intihar edib
Hadisə şəhərin 36-cı məhəlləsində baş verib. Burada kirayə yaşayan 1986-cı il təvəllüdlü Həziyev Adəm Musa oğlu evdə intihar edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, A.Həziyev Naxçıvan Təmizlik İdarəsinin işçisi olub.
Faktla bağlı Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.