
Naxçıvanda ehtiyatsızlıqdan binadan yıxılan kişi ölüb
Hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib. Naxçıvan şəhər sakini, 1940-cı il təvəllüdlü Əsədov Tofiq Həbib oğlu ehtiyatsızlıqdan yaşadığı bina evinin ikinci mərtəbəsindən yıxılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Əsədov bir müddət koma vəziyyətində qalıb. O, gece saatlarında vəfat edib.
Faktla bağlı araşdırma aparılır.