
Naxçıvanda yağıntılı hava şəraiti gözlənilir
Sentyabrın 19-dan 22-dək Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin dəyişkən olacağı proqnozlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, arabir yağıntı, şimşək, leysan xarakterli yağış və dolu müşahidə oluna bilər. Yüksək dağlıq ərazilərdə isə sulu qar ehtimalı var.
Qərb küləyi üstünlük təşkil edəcək, bəzi yerlərdə sürəti 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz isə 23-28 dərəcə isti olacağı gözlənilir.